Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.03.2024

Yazırlar ki...

Vətəndaşlardan gələn məktublar, əslində həm də polisin yerlərdə necə xidmət etdiyini öyrənmə fürsəti verir bizə. İctimai rəyin nəbzini tutmaq baxımından bunların bizim üçün nə qədər əhəmiyyətli olduğunu yazmağa lüzum görmürük. Bəzən də elə məktublar olur ki, polis-vətəndaş münasibətlərində bir örnək nümunəsi sərgiləyir.

Bu məktublar onu deməyə imkan verir ki, Azərbaycan Polisinin gərgin xidməti ictimaiyyətin diqqət mərkəzindədir.
Bakı şəhər sakini Şahnigar Yusifova sosial şəbəkə üzərindən ünvanladığı müraciətə tez bir zamanda baxıldığına və probleminin həll olunduğuna görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
Fitat Əhmədzadə sosial şəbəkə üzərindən Azərbaycan Polisinə təşəkkür ünvanlayıb. Yazır ki, oğurlanmış pulqabısını Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tez bir zamanda tapıb ona təhvil veriblər.

Cəlilabad rayon sakini jurnalist Elbəyi Salmanov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının yollarda təhlükəsizliyin təmin olunmasında gərgin və fədakar xidmət aparmağını qeyd etməklə yanaşı, vətəndaşlarla həssas rəftara görə Cəlilabad Rayon Polis Şöbəsinin şəxsi heyətinə də minnətdarlıq etməyi unutmayıb.

Samirə Heydərova dələduzluğa məruz qalması barədə müraciətinə operativ baxılaraq ona dəyən ziyanın tam şəkildə ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının xidməti fəaliyyətindən razılığını bildirir.

Vətəndaş Həsən Məmmədov isə ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə qətiyyət, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan Polisinin xidməti fəaliyyətini təqdir etməklə yanaşı, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Bakı şəhər sakinləri Nuray Məmmədzadə Abşeron Rayon Polis İdarəsinin, Münəvvər Məmmədova isə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının onları narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməyi təşəkkür məktublarında qeyd edirlər.

İnstaqram izləyicimiz Fuad Seyidov yazır ki, motosikletlə hərəkətdə olduğu zaman yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə gələn polis operativ və obyektiv araşdırma aparıb. Həm çevik reaksiyaya, həm də səmimi qəbula görə o, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Aytəkin Nəcəfova
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər